• Bakı 15° C

    2.38 m/s

Cəzadan azad edildi - Sədərəkdə etmişdi...

HADİSƏ

22 Oktyabr 2026 | 12:02 | Müəllif: Əli Hüseynov

Cəzadan azad edildi - Sədərəkdə etmişdi...

Sədərəkdə arvadını öldürməyə cəhddə təqsirləndirilən Zakir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmə Zakir Abbasovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi qərarına gəlib. Hökmə əsasən, o, cinayət məsuliyyətindən azad edilib, ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə göndərilib.

    Qeyd edək ki, hadisə ötən ilin dekabrında Sədərək rayonunda baş verib. Zakir Abbasov həyat yoldaşı Aləmzər Abbasovanı bıçaqlayıb, daha sonra isə özünə xəsarət yetirib.

    Zakir Abbasova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Oktyabr 2026