ABŞ-da Nyu-Meksiko ştat məhkəməsi Meta Corporation-u rekord həcmdə – 25 milyard dollar cərimələyib.
Bakıvaxtı.az Reuters-ə istinadən xəbər verir ki, münsiflər heyəti şirkətin milyonlarla Facebook istifadəçisindən məlumatların onların razılığı olmadan əldə edilməsi ilə bağlı istifadəçiləri yanıltdığı qərarına gəlib.
Hakim Fransis Mettyu hökmdən sonra verdiyi qərarda yazıb: "Facebook-un illərdir törədilən və sistematik şəkildə ictimaiyyətə açıqlanan qanunsuz əməlləri şirkətin əsas biznes təcrübələri üçün fundamentaldır".
Avqustun əvvəlində Nyu-Meksiko məhkəməsi Meta şirkətini platformalarından istifadə edən yetkinlik yaşına çatmayanlara zehni zərər vurulması iddiası ilə bağlı 567 milyon dollar cərimələmişdi.
















