• Bakı 23° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

DÜNYA

30 Iyun 2026 | 19:22

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali dövlət mükafatı olan “Ağ Şir” ordenindən məhrum edilməsinə çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çexiyanın CTK agentliyi məlumat yayıb.

Məlumata görə, bu təklif Çexiya hökumət koalisiyası partiya liderlərinin növbəti görüşündə irəli sürüləcək. Eyni zamanda təşəbbüs respublika parlamentinin aşağı palatasına (Deputatlar Palatası) da təqdim olunacaq.

Zelenskinin mükafatdan məhrum edilməsi təşəbbüsü ilə parlamentin aşağı palatasının deputatı Yindrjix Rayxl çıxış edib. O, bu addımı atarkən Polşanın nümunəsindən ilhamlandığını gizlətməyib:

“Bizim ali dövlət mükafatımızın hərbi bölmələrə nasist canilərinin adlarını verən bir şəxsdə qalmasına səssiz qala bilmərik”.

Xatırladaq ki, Polşa ilə Ukrayna arasındakı münasibətlər Polşa lideri Karol Navrotskinin Ukrayna Silahlı Qüvvələrinin briqadasına Volın qırğınını törədən nasist əlaltılarının adının verilməsi səbəbindən ukraynalı həmkarı Volodimir Zelenskini respublikanın ali mükafatı olan “Ağ Qartal” ordenindən məhrum etməsindən sonra kəskinləşib.

Buna cavab olaraq ukraynalı diplomatlar, liderin ofis rəhbəri və ölkənin sabiq prezidentləri Polşa mükafatlarından imtina ediblər. Zelenski isə ordeni poçt vasitəsilə geri qaytarıb./


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR