• Bakı 23° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Sumqayıtda qatar benzin daşıyan TIR-la toqquşdu - VİDEO + YENİLƏNİB

HADİSƏ

01 Iyul 2026 | 00:24

Sumqayıtda qatar benzin daşıyan TIR-la toqquşdu - VİDEO + YENİLƏNİB

Bu gün axşam saat 22:28 radələrində 77 BZ 281 dövlət qeydiyyat nişanlı benzin daşıyan (boş vəziyyətdə) avtomobil dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Sumqayıtçay stansiyasının çıxışında hərəkətdə olan teplovozun qarşısına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb.

Nəticədə teplovoz relsdən çıxıb, avtomobilin sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

*** 23:26

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Bakues.az-a istinadən xəbər verir ki, qatar dəmir yolu keçidində benzin daşıyan TIR-la toqquşub.

Hadisə yerinə polis əməkdaşları, eləcə də digər operativ xidmətlərin əməkdaşları cəlb olunub. Ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcəyi gözlənilir.

Xəsarət alanların olub-olmaması və hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026