Yevlaxda 12 yaşlı qızın bədəninə armatur girib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Yevlaxın Əxşam kəndindəki həyətlərdən birində baş verib. Əldə etdiyimiz məlumata görə, 2014-cü il təvəllüdlü Zəhrə Məmmədova həyətdə oynayarkən yıxılıb və bədəninə armatur girib.
Ağır xəsarət alan Z.Məmmədova xəstəxanaya çatdırılıb. Orada ona zəruri tibbi yardım göstərildikdən sonra uşaq paytaxt klinikalarından birinə köçürülüb.
Murad İsmayıl
















