İyunun 25-nə keçən gecə Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1900-ü keçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Assambleyasının (parlament) spikeri Xorxe Rodriqes deyib.
Rodriges ölənlərin sayının 1943 olduğunu, daha 10571 nəfərin isə yaralandığını bildirib.
Qeyd edək ki, iyun 25-nə keçən gecə Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 ilə 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb.
Bakı 



