• Bakı 26° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları dəfn edildi

CƏMİYYƏT

01 Iyul 2026 | 13:21

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları dəfn edildi

I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Nuriyev Yarməmməd Maqsud oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün itkin-şəhidlə Xaçmaz rayonunda vida mərasimi keçirilib.

    Şəhidin nəşinin qalıqları Xaçmaz rayonu Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunub.

    Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.

    Qeyd edək ki, Nuriyev Yarməmməd Maqsud oğlu 1961-ci ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində doğulub.

    1993-cü ildə Cəbrayıl rayonunda, Araz çayının yaxınlığında itkin düşüb.

    Uzun illər itkin hesab olunan şəhidin kimliyi aparılan eyniləşdirmə prosesi nəticəsində müəyyən edilib və nəşi ailəsinə təhvil verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Iyun 2026