• Bakı 26° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Hərbi xidmətə çağırış BAŞLADI

CƏMİYYƏT

01 Iyul 2026 | 12:47

Hərbi xidmətə çağırış BAŞLADI

Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayır.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev 2026-ci ilin mayın 20-də Azərbaycan Respublikası vətəndaşlarının 2026-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026