• Bakı 26° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Azərbaycan Premyer Liqasında azarkeş sayı AÇIQLANDI

İDMAN

01 Iyul 2026 | 11:12

Azərbaycan Premyer Liqasında azarkeş sayı AÇIQLANDI

Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib.

Sonuncu 2025/2026 mövsümündə keçirilən 198 oyunda ümumilikdə 285 min 778 tamaşaçı qeydə alınıb və hər qarşılaşmaya orta hesabla 1443 azarkeş düşüb.

Bununla müqayisədə, 2024/2025 mövsümündə təşkil edilən 180 qarşılaşmanı 275 min 933 insan izləyib və orta göstərici 1533 olaraq rəsmiləşib.

2023/2024 mövsümündə isə 180 oyunu 276 min 487 tamaşaçı izləyib və hər matçda orta hesabla 1536 azarkeş qeydə alınıb.

Daha əvvəlki 2022/2023 mövsümündə keçirilən 180 qarşılaşmada 261 min 564 tamaşaçı qeydə alındığı halda, orta göstərici 1453 olub.

Son 5 ilin ən aşağı göstəricisi 112 oyunun keçirildiyi, ümumilikdə 89 min 10 tamaşaçının gəldiyi və hər oyuna orta hesabla 795 azarkeşin düşdüyü 2021/2022 mövsümünə təsadüf edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026