Ukrayna qüvvələri Ufadakı neft emalı zavoduna (NEZ) yenidən zərbə endirib, eyni zamanda Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin obyektini vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, Ufadakı neft emalı zavodu - Rusiyanın ən böyük sürtkü materialları istehsalçılarından biri zərbəyə məruz qalıb.
Ukrayna Prezidenti Penzadakı zavodlardan birinə dron zərbələri endirildiyinə dair məlumatları da təsdiqləyib. Dediyinə görə, Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin raket silahları üçün komponentlərin hazırlanması və istehsalı ilə məşğul olan strateji obyekti vurulub. Hədəfə qədər olan məsafə - cəbhə xəttindən təxminən 600 kilometrdir.
Bakı 



