• Bakı 26° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Azərbaycanda satınalmalarının dəyəri yüksəldi

İQTİSADİYYAT

01 Iyul 2026 | 12:59

Azərbaycanda satınalmalarının dəyəri yüksəldi

Azərbaycanda 2020-2025-ci illərdə dövlət satınalmalarının ümumi dəyəri 1,6 dəfə artaraq, 6,6 milyard manatdan 10,8 milyard manata yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

Onun sözlərinə görə, dövlət satınalmalarının həcminin artması ölkədə iqtisadi fəallığın genişlənməsini şərtləndirən əsas amillərdən biridir: "Dövlət satınalmalarının həcminin artması iqtisadi fəallığın genişlənməsinə, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Dövlət qurumlarının mal, iş və xidmətlərə tələbatının artması biznes subyektlərinin gəlirlərini yüksəldir, istehsal və xidmət sektorlarında dövriyyəni artırır. Nəticədə özəl sektorun inkişafı sürətlənir və iqtisadi artıma əlavə töhfə verilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026