• Bakı 26° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı

CƏMİYYƏT

01 Iyul 2026 | 13:13

Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşınına hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə Ceyhun Salmanova 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Mərkəzin əməkdaşları Elşad Məhərrəmov isə 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar barəsində də Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, "Qurtuluş Reabilitasiya Mərkəzi" MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026