• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

"Rusiya bizim qardaşımız deyil"

DÜNYA

01 Iyul 2026 | 14:13

Rusiya bizim qardaşımız deyil

“Ermənistan Avropa İttifaqına (Aİ) üzvlüyü istəyib-istəmədiyinə qərar verməlidir. Məsələ müəyyən edilmiş prosedurlara uyğun şəkildə ictimai müzakirəyə çıxarılmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan deyib.

“Rusiya Ermənistana qarşı cəza xarakterli qərarlar qəbul edə bilməz. İstəsək, Avrasiya İqtisadi Birliyində (AİB) qalarıq, istəməsək, oradan çıxarıq. Təşəbbüskar biz olmalıyıq, bizi haradansa çıxarmalarını, qovmalarını və ya dəvət etmələrini gözləməməliyik”, - o bildirib.

Arşakyanın fikrincə, Ermənistanın Rusiyadan uzaqlaşdığını demək düzgün deyil: “Əksinə, Ermənistandan uzaqlaşan onlardır. KTMT kağız üzərində mövcuddur, faktiki olaraq işləmir. AİB çərçivəsində isə yollar bağlanıb.

Ermənistan inkişafın yeni mərhələsinə qədəm qoyub. Rusiya hazırda Ermənistanın suveren olması ilə razı olmadığını göstərmək üçün müxtəlif addımlar atır.

Ermənistanı hədələyən Medvedevə gəlincə, o, cinayətkar-oliqarxik sistemə bağlı şəxsdir. Bizimlə Rusiya arasında hansısa qardaşlıq münasibətləri yoxdur. Rusiya Ermənistanı müstəmləkəsi kimi görür. Ermənistanı öz mülkləri kimi idarə etmək istəyirlər”.

Azat Arşakyan həmçinin Rusiyanın gələcəkdə Ermənistandakı əlaltıları Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Köçəryanla vidalaşacağını da vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026