• Bakı 26° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Könül Xasıyevadan tənqidlərə CAVAB: Danışdıqlarımı danışmışam…

MƏDƏNİYYƏT

01 Iyul 2026 | 08:51

Könül Xasıyevadan tənqidlərə CAVAB: Danışdıqlarımı danışmışam…

Son günlər Azərbaycanın Xalq artisti Könül Xasıyeva ilə bağlı tənqidi fikirlər dolaşmaqdadır. Xalq artistini bəzən  açıq-saçıq lətifələr, maraqlı və maraqlı olduğu qədər də qeyri-etik zarafatlar etməkdə qınayırlar.

Məsələn, bugünlərdə “Tik-tok” sosial platformasında paylaşılan videoda Könül Xasıyeva qeyd edir ki, mərhum Xalq artisti Arif Babayev gənc xanəndələrdən birinin ifasını dinləyir. Gənc xanəndə mahnının sözlərini yanlış - “Gəlmişəm otağına, oyadam səni, qaragiləm” əvəzinə “Gəlmişəm yatağına, oyadam səni, qaragiləm” ifa edir. A.Babayev onun ifasını yarımçıq dayandıraraq qeyd edir:
- Bala, birinci otağa gir, sonra yatağa girərsən".

Bu cür lətifəyə çevrilmiş zarafatlar artıq sosial plaformalarda davamlı palyaşılır və bu üzdən Könül Xasıyeva ciddi tənqid atəşinə tutulur.

Bəs Xalq artisti bu tənqidlərə necə yanaşır?

Könül Xasıyeva Bakıvaxtı.az-a açıqlamasında səsləndirilən qınaqlardan xəbərdar olduğunu deyib:

“Tənqidlərə cavab vermək istəmirəm. 60 yaşım var, danışdıqlarımı danışmışam”.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026