• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mədəniyyət naziri Anarla görüşüb - FOTO

MƏDƏNİYYƏT

27 Iyul 2026 | 22:59 | Müəllif: Subhan Mahmudov

Mədəniyyət naziri Anarla görüşüb - FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla görüşüb.

Bakıvaxtı.az xəbər verir görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı həmçinin dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin yazılması, Azərbaycan ədəbiyyatının təbliği, görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Tərəflər dövlət və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və cəmiyyətin mədəni həyatının zənginləşməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.


Mədəniyyət naziri Anarla görüşüb - FOTOMədəniyyət naziri Anarla görüşüb - FOTOMədəniyyət naziri Anarla görüşüb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026