• Bakı 23° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

"Ölkəmiz sınaq meydançası deyil" - Suriya Prezidenti

DÜNYA

30 Iyun 2026 | 23:25

Ölkəmiz sınaq meydançası deyil - Suriya Prezidenti

"Ölkəmiz nə xarici sui-qəsdlər üçün sınaq meydançası, nə də xarici ambisiyaların reallaşması üçün platformadır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa "Əl-Mayadeen" televiziyasına verdiyi müsahibədə bildirib.

O, həmçinin, Suriyanın cənubunda davam edən əməliyyatlar fonunda İsrailin hücumlarını qınayıb.

Bir gün əvvəl işğal olunmuş Qolan təpələrinin yaxınlığındakı kəndlərin sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.

Suriya Xarici İşlər Nazirliyi "İsrail təcavüzünü" qınayaraq, hücumları "Suriyanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması" adlandırıb.

Əhməd əl-Şaraa Suriya hakimiyyətinin ölkənin ərazi bütövlüyünü və sabitliyini qorumağa sadiq qaldığını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026