• Bakı 23° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək

DÜNYA

30 Iyun 2026 | 23:10

Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək

Qazaxıstanda dövlət idarəetmə sistemində geniş islahatlar aparılacaq.

Bakıvaxtı.az  “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açıqlama verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Qazaxıstanda dövlət idarəetmə sistemi geniş şəkildə yenilənəcək. Tokayev bildirib ki, ölkədə prezident idarəetmə forması saxlanılacaq. Prezident Konstitusiyanın qarantı, Silahlı Qüvvələrin Ali Baş Komandanı və xarici siyasətdə əsas qərarverici şəxs olaraq qalacaq.

İslahatlar çərçivəsində parlament sistemində də dəyişikliklər nəzərdə tutulur. Yeni təkpalatalı parlament yaradılması planlaşdırılır.

Bu, qurumun daha çevik və az bürokratik qaydada fəaliyyət göstərməsi hədəflənir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026