• Bakı 26° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Tovuzda 32 yaşlı kişi qətlə yetirildi

HADİSƏ

01 Iyul 2026 | 09:26

Tovuzda 32 yaşlı kişi qətlə yetirildi

Tovuz rayonunda 32 yaşlı kişi qətlə yetirilib.

Bakıvaxtı.az  Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026