• Bakı 26° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Məzun xalatı və papağı nəşinin yanında tapıldı

HADİSƏ

01 Iyul 2026 | 09:34

Məzun xalatı və papağı nəşinin yanında tapıldı

Xəbər verildiyi kimi, Ukraynanın Xarkov şəhərinə Rusiyanın endirdiyi zərbələr nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynova həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı Fatimə Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi imiş. O, iyunun 30-u keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedibmiş.

Hadisə Fatimə rəfiqəsi ilə birgə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanadadır.

Qeyd edək ki, Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində - onun nəşinin yanında tapılıb/qafqazinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026