• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ və İran rəsmiləri bu gün Dohada danışıqlar aparacaq

SİYASƏT

01 Iyul 2026 | 13:05 | Müəllif: Aynur Babazadə

ABŞ və İran rəsmiləri bu gün Dohada danışıqlar aparacaq

ABŞ və İran rəsmiləri bu gün Qətərin paytaxtı Dohada texniki danışıqlar aparacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, danışıqlardan xəbərdar olan diplomatın AFP-yə verdiyi xəbərə görə, danışıqlar birbaşa yox, dolayı şəkildə baş tutacaq.

“ABŞ və İran rəsmiləri Dohada Qətər və Pakistandan olan vasitəçilər yolu ilə anlaşma memorandumunun icrasında əldə olunan irəliləyişlərlə bağlı dolayı şəkildə texniki danışıqlar aparacaq”, - diplomat qeyd edib.

O əlavə edib ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner bu danışıqlarda iştirak etməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026