• Bakı 23° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Rusiya “TikTok”u cərimələdi

MULTİMEDİA

30 Iyun 2026 | 22:32

Rusiya “TikTok”u cərimələdi

Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya qanunvericiliyinə əsasən çıxışı məhdudlaşdırılmalı olan məlumatlara maneə törətmə qaydalarını pozduğu üçün “TikTok Pte. Ltd.” şirkətini 3,5 milyon rubl (təxminən 77 min manat) məbləğində cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva şəhər ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Yayılan məlumata görə, bu gün məhkəmə Çin şirkətini Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi (məlumatlara çıxışın məhdudlaşdırılması qaydalarının pozulması) ilə təqsirli bilib və ona inzibati cərimə kəsib.

Mətbuat xidmətinin bəyanatında deyilir:

“Məhkəmə 3,500.000 rubl məbləğində inzibati cərimə şəklində cəza təyin edib”.

Xatırladaq ki, “TikTok” Çinin “ByteDance” şirkətinə məxsus olan və qısa videoların paylaşılması üçün nəzərdə tutulan məşhur sosial şəbəkədir. Platforma 2022-ci ilin mart ayından etibarən Rusiyadan olan istifadəçilər üçün yeni kontent yerləşdirmək və canlı yayımlar açmaq imkanlarını məhdudlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl “Telegram” messenceri də qanunsuz məlumatları silməkdən imtina etdiyi üçün eyni məbləğdə – 3,5 milyon rubl cərimələnmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR