• Bakı 30° C

    4.72 m/s

Nokia rekord tutumlu batareyaya malik telefon buraxıb

MULTİMEDİA

21 Iyul 2026 | 00:02

Nokia rekord tutumlu batareyaya malik telefon buraxıb

“Nokia” brendi altında rekord tutumlu batareyaya malik düyməli telefon təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Notebookcheck” nəşri məlumat yayıb.

“Nokia 300 Power Bank” modeli Filippində təqdim edilib. Mobil cihaz uzun illərdir əfsanəvi Finlandiya brendi altında klassik düyməli telefonları yenidən istehsal edən HMD Global şirkəti tərəfindən hazırlanıb.

Qurğunun əsas fərqləndirici xüsusiyyəti 3700 milliamper-saat (mAh) tutumlu rekord göstəriciyə malik batareyadır. HMD-nin məlumatına görə, telefon gözləmə rejimində 45 günədək, danışıq rejimində isə 26 saatadək işləyə bilir.

Bundan əlavə, cihaz USB-C portu ilə təchiz olunub ki, bu da ona digər qurğuları enerji bankı (power bank) kimi qoşaraq enerji ilə doldurmağa imkan verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026