• Bakı 26° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

QDTİB-in Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb

CƏMİYYƏT

01 Iyul 2026 | 10:56

QDTİB-in Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb

Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı öz işinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, iki gün davam edəcək tədbirdə Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək, həmçinin Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.

Toplantı çərçivəsində "Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi" mövzusunda Biznes Forumu da keçiriləcək. Forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, QDTİB-nin ölkədə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar müzakirə ediləcək. Tədbir çərçivəsində plenar sessiyalar, təqdimatlar və B2B görüşlər də təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026