• Bakı 23° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Qalibaf: Uranın zənginləşdirilməsi İranın "qırmızı xətti"dir

DÜNYA

01 Iyul 2026 | 01:00

Qalibaf: Uranın zənginləşdirilməsi İranın qırmızı xəttidir

Uranın zənginləşdirilməsi İranın nüvə məsələsində "qırmızı xətti"dir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib.

"Nüvə sahəsində, təbii ki, biz NPT-nin (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin) üzvləriyik və AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlıq edirik. Bu sahədəki qırmızı xəttimiz aydındır; zənginləşdirmə bizim hüququmuzdur", - o bildirib.

Qalibafın sözlərinə görə, İran NPT üzrə öhdəliklərə əməl edir: "Lakin bu məsələ müzakirə mövzusu deyil. Bunlar bizim gücümüzün tərkib hissələri və Amerikaya qarşı sığortadır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026