• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Saat 11:00-17:00 arası günəşlənmək təhlükəlidir

CƏMİYYƏT

01 Iyul 2026 | 15:26

Saat 11:00-17:00 arası günəşlənmək təhlükəlidir

"Günəş şüalarının qəbul edilməsi üçün düzgün saatların seçilməsi günvurma, günəş yanıqları və digər sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, günəş şüalarının orqanizmə həm qısamüddətli, həm də uzunmüddətli mənfi təsirləri ola bilər:

“Qısamüddətli təsirlərə günəş yanıqları və günvurma, uzunmüddətli təsirlərə isə dəri xərçəngi daxildir. Buna görə də insanlar günəşlənmə saatlarına xüsusi diqqət yetirməlidirlər”.

O qeyd edib ki, yay mövsümündə bu problemlər daha çox çimərliklərdə müşahidə olunur və çimərliyə gedən şəxslər günəş altında qalacaqları vaxtı düzgün seçməlidirlər.

“Azərbaycanda günəş şüalarının ən dik bucaq altında düşdüyü saatlar 11:00-dan 17:00-dək olan vaxtdır. Bu saatlarda günvurma və günəş yanıqları riski xeyli artır. Buna görə də günəşlənmək üçün ən uyğun vaxt səhər saat 11:00-a qədər və axşam saat 17:00-dan sonradır”, - Zakir Quliyev vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026