• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

XƏBƏRDARLIQ: Günvurma ölümə qədər aparan fəsadlar yarada bilər

CƏMİYYƏT

01 Iyul 2026 | 15:31

XƏBƏRDARLIQ: Günvurma ölümə qədər aparan fəsadlar yarada bilər

"Günvurmanın əlamətlərini vaxtında tanımamaq və ilkin tibbi yardım göstərməmək həyati təhlükə yaradan ağır fəsadlara səbəb ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, günvurmanın simptomları yüngül narahatlıqlardan başlayaraq ağır klinik vəziyyətə qədər inkişaf edə bilər:

“Əgər vətəndaşa vaxtında ilkin tibbi yardım göstərilməzsə və ya o, əlamətləri vaxtında tanıyaraq həkimə müraciət etməzsə, huşun itməsi, ürəyin dayanması, qıcolmalar və tənəffüs sistemi ilə bağlı ciddi problemlər yarana bilər. Bəzi hallarda isə bu vəziyyət ölümə qədər gətirib çıxara bilər”.

O vurğulayıb ki, hər bir şəxs həm özündə, həm də yaxınlarında günvurmanın əlamətlərini tanımalı və ilkin tibbi yardım qaydalarını bilməlidir.

“İlkin yardım göstərildikdən sonra xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunmursa, mütləq xəstəxana şəraitində müalicə təmin edilməlidir”, - deyə Zakir Quliyev əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026