• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrıldı

CƏMİYYƏT

01 Iyul 2026 | 16:24

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrıldı

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında yazıb.

"Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram", - deyə E.Hidayətoğlu paylaşımında qeyd edib.

Elnur Hidayətoğlu 5 ildən artıq müddətdə səhiyyə sahəsində ictimaiyyətlə əlaqələr istiqamətində çalışdığını bildirib:

"2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim"

Paylaşımında çalışdığı müddətdə media ilə daim açıq və səmərəli əməkdaşlıq qurmağa çalışdığını vurğulayan keçmiş şöbə müdiri bildirib ki, xüsusilə son üç ilə yaxın dövrdə rəhbərlik etdiyi komanda ilə çoxsaylı ictimaiyyətlə əlaqələr layihələri həyata keçirilib.

O, media nümayəndələrinə əməkdaşlığa və göstərdikləri anlayışa görə təşəkkür edib.

"İnsana qalan elə budur: yaxşı münasibət, qarşılıqlı hörmət, xoş sözlər", - Elnur Hidayətoğlu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR