• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

3 parataekvondoçumuz beynəlxalq toplanışa qatıldı

İDMAN

01 Iyul 2026 | 15:33

3 parataekvondoçumuz beynəlxalq toplanışa qatıldı

Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) xüsusi dəvətlə Cənubi Koreyanın Muju şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Toplanışa dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçu dəvət olunub.

Xatırladaq ki, Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və "Taekwondowon" İdman Kompleksinin birgə təşkilatçılığı ilə seçilmiş idmançılar üçün təşkil olunan hazırlıq iyulun 7-nə qədər davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026