• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Bunlar günvurma əlamətləridir... - Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

01 Iyul 2026 | 15:24

Bunlar günvurma əlamətləridir... - Həkimdən XƏBƏRDARLIQ

"Günvurma uzun müddət açıq havada və birbaşa günəş şüaları altında qalmaq nəticəsində yaranır və vaxtında müdaxilə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, günvurma günəş şüalarının uzun müddət orqanizmə, xüsusilə də baş nahiyəsinə təsiri nəticəsində yaranan vəziyyətdir.

“Günvurmanın əlamətləri yüngül simptomlardan başlayaraq ağırlaşa bilər. İlk olaraq ürəkbulanma, qusma, halsızlıq, baş ağrısı, bədən ağrıları, ümumi narahatlıq və diskomfort hissi müşahidə olunur. Daha ağır hallarda isə huşun itməsi, bayılma və qıcolmalar baş verə bilər”, - mütəxəssis bildirib.

Zakir Quliyev vurğulayıb ki, uzun müddət açıq havada çalışan və ya günəş altında qalan şəxslər bu əlamətləri hiss etdikdə günvurma ehtimalını nəzərə almalı və dərhal kölgə yerə keçərək tibbi yardım üçün müraciət etməlidirlər.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026