• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

6 gün dağıntılar altında qalan 3 yaşlı uşaq xilas edildi

DÜNYA

01 Iyul 2026 | 15:09

6 gün dağıntılar altında qalan 3 yaşlı uşaq xilas edildi

Venesuelada baş vermiş dağıdıcı zəlzələdən 6 gün sonra xilasedicilər inanılmaz bir möcüzəyə imza atıblar. Dağıntılar altından 3 yaşlı azyaşlı sağ-salamat çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Təbii fəlakətin üzərindən günlər keçməsinə və ümidlərin itməsinə baxmayaraq, axtarış-xilasetmə qrupları beton blokların altından uşaq səsi eşidiblər.

Saatlar davam edən həssas əməliyyat nəticəsində 3 yaşlı körpə zərər çəkmədən xilas edilərək dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər uşağın vəziyyətinin stabil olduğunu, lakin susuzluqdan əziyyət çəkdiyini və ciddi nəzarət altında saxlanıldığını bildiriblər. Hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026