• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Yürüş zamanı yaranan təngnəfəslik xəstəlik əlamətidir?

CƏMİYYƏT

01 Iyul 2026 | 15:40

Yürüş zamanı yaranan təngnəfəslik xəstəlik əlamətidir?

"Yürüşə yeni başlayan şəxslər fiziki aktivliyi tədricən artırmalı, gəzinti zamanı yaranan narahatedici əlamətləri isə diqqətdən kənarda qoymamalıdırlar".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, uzun müddət fiziki aktivliklə məşğul olmayan şəxslərin birdən-birə yüksək templə yürüş etməsi orqanizm üçün ciddi stress yaradır.

Mütəxəssis qeyd edib ki, yürüşə yeni başlayan insanlar aşağı templə başlamalı, zaman keçdikcə tempi tədricən artırmalıdırlar. Fiziki aktivlik zamanı yorulmaq normaldır, lakin bunu xəstəlik əlamətləri ilə qarışdırmaq olmaz”.

Z.Quliyevin dediyinə görə, gəzinti zamanı ayaqlarda kəskin ağrı, təngnəfəslik və ya boğulma hissi yaranarsa, bu, müxtəlif xəstəliklərin əlaməti ola bilər.

“Yürüş zamanı ayaqlarda kəskin ağrı varsa, bunun səbəbi varikoz və ya dayaq-hərəkət sistemi ilə bağlı problemlər ola bilər. Əgər təngnəfəslik və ya boğulma hissi yaranırsa, bu, ürək-damar və ya tənəffüs sistemi xəstəliklərindən xəbər verə bilər”, - deyə o vurğulayıb.

Zakir Quliyev əlavə edib ki, fiziki aktivliyin ilk dəqiqələrindən etibarən güclü yorğunluq hiss olunursa, bunun səbəbi orqanizmdə mövcud olan hər hansı gizli patologiya ola bilər və belə hallarda həkim müayinəsindən keçmək tövsiyə olunur.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026