• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Aşura günü toplanan qan nümunələri qan ehtiyatına daxil edilib

CƏMİYYƏT

01 Iyul 2026 | 16:35

Aşura günü toplanan qan nümunələri qan ehtiyatına daxil edilib

Aşura günü münasibətilə keçirilən qanvermə aksiyaları çərçivəsində toplanmış bütün qan nümunələri Səhiyyə Nazirliyi Respublika Qan Bankının Klinik-Diaqnostik Laboratoriyasında milli və beynəlxalq standartlara uyğun olaraq müasir laborator üsullarla müayinədən keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, laborator müayinələrinin nəticələrinə əsasən, transmissiv infeksiyalar və digər müəyyən edilmiş göstəricilər üzrə mənfi (neqativ) nəticə əldə olunan qan və qan komponentləri tədarük edilərək qan ehtiyatlarına daxil edilib və klinik istifadəyə yararlı hesab olunub.

    Qeyd olunub ki, müayinələr zamanı təhlükəsizlik meyarlarına cavab verməyən nümunələr isə qüvvədə olan tibbi norma və prosedurlara uyğun olaraq dövriyyədən çıxarılıb və utilizasiya edilib.

    "Qan donorunun və qan resipiyentinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər bir qan vahidi fərdi qaydada qiymətləndirilir. Bu səbəbdən yalnız bütün laborator və keyfiyyət nəzarəti mərhələlərini uğurla keçən qan və qan komponentləri tibbi istifadə üçün buraxılır", - məlumatda bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR