• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Uşaqları günvurmadan necə qoruyaq?

CƏMİYYƏT

01 Iyul 2026 | 15:29

Uşaqları günvurmadan necə qoruyaq?

"Günvurmadan qorunmaq üçün xüsusilə uşaqların gün ərzində açıq havada olduğu saatlara diqqət yetirilməsi vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Z.Quliyev qeyd edib ki, günvurmanın müalicəsindən daha vacib olan məsələ ondan qorunmaqdır. Xüsusilə uşaqlar isti havanın təsirinə daha həssas olduqları üçün valideynlər onların açıq havada olduğu vaxtları düzgün planlaşdırmalıdırlar.

Onun sözlərinə görə, bu saatlar ölkədən-ölkəyə dəyişsə də, Azərbaycanda uşaqların mümkün qədər səhər saat 11:00-a qədər və axşam saat 17:00-dan sonra açıq havaya çıxması tövsiyə olunur. Bu vaxtlarda günəş şüalarının təsiri daha zəif olur”.

Mütəxəssis bildirib ki, uşaqlar açıq havaya çıxarkən açıq rəngli və rahat geyimlər geyinməli, mütləq papaqdan və günəş eynəyindən istifadə etməlidirlər.

“Maye qəbulu da çox vacibdir. Yay aylarında orqanizmin kifayət qədər su ilə təmin olunması günvurmadan qorunmağın ən təsirli yollarından biridir”, - deyə Zakir Quliyev əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026