• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Həkim: “Enerji içkilərindən uzaq durun”

CƏMİYYƏT

01 Iyul 2026 | 15:35

Həkim: “Enerji içkilərindən uzaq durun”

"Yay aylarında fiziki aktivlik zamanı kifayət qədər su qəbul etmək və enerji içkilərindən uzaq durmaq sağlamlığın qorunması üçün mühüm əhəmiyyət daşıyır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, yürüş sağlamlığa ən çox faydası elmi araşdırmalarla sübut olunmuş fiziki aktivlik növlərindən biridir.

Mütəxəssis vurulayıb ki, yürüşün insan sağlamlığına faydalarını təsdiqləyən çoxsaylı araşdırmalar mövcuddur. Bu səbəbdən hər bir insan üçün müntəzəm yürüş tövsiyə olunur:

"Lakin yay aylarında templi yürüş zamanı orqanizmin suya olan tələbatı artır. Buna görə də itirilən maye mütləq bərpa edilməlidir”.

O qeyd edib ki, sağlamlıq problemi olmayan şəxslər üçün gün ərzində təxminən 3 litr maye qəbulu tövsiyə edilir.

“Bəzi insanlar maye ehtiyacını enerji içkiləri və ya qazlı içkilərlə ödəməyə çalışırlar. Bu isə qətiyyən düzgün deyil. Xüsusilə isti havalarda enerji içkilərinin zərəri daha da artır. Buna görə də onlardan tamamilə uzaq durmaq lazımdır”.

Mütəxəssis əlavə edib ki, yürüş artıq çəkidən əziyyət çəkən, metabolik sindromu, yüksək arterial təzyiqi və yüksək xolesterolu olan insanlar üçün xüsusilə faydalıdır.

“Yürüşə birdən-birə yüksək templə başlamaq düzgün deyil. Fiziki aktivlik yavaş tempdə başlanmalı, orqanizm uyğunlaşdıqca intensivlik tədricən artırılmalıdır”, - deyə Zakir Quliyev qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026