• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

SABAH İncəsənət Festivalının açılışı oldu

MƏDƏNİYYƏT

01 Iyul 2026 | 15:54

SABAH İncəsənət Festivalının açılışı oldu

Müasir İncəsənət Muzeyində SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir SABAH qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrinin yaradıcılıq nailiyyətlərini nümayiş etdirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, eləcə də ictimaiyyəti ali təhsildə əldə olunan uğurlarla tanış etmək məqsədi daşıyıb.

Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər və əməkdaşları, incəsənət ictimaiyyətinin nümayəndələri, rəssamlar və digər qonaqlar iştirak ediblər.

Festivalın ilk təqdimatlarından biri olaraq Azərbaycan Rəssamlıq Akademiyası (AzRA) SABAH tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil olunub.

Müasir İncəsənət Muzeyində nümayiş olunan sərgidə tələbələrin hazırladıqları bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, dekorativ rəngkarlıq nümunələri, eləcə də dizayn işləri təqdim edilib.

Açılış proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH tələbələrinin ifasında "Rəssam, sevgilimin şəklini gəl çək" adlı bədii kompozisiya təqdim olunub.

Xatırladaq ki, AzRA SABAH tələbələrinin əl işlərindən ibarət sərgi iyulun 2-3-də Müasir İncəsənət Muzeyində davam edəcək və bütün ziyarətçilər üçün açıq olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR