Rusiyanın "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə cəlb edilməsi məsələsi müzakirə olunmur.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan TRIPP layihəsinin yalnız rəsmi Moskvanın iştirakı halında fayda verəcəyi barədə Rusiya tərəfinin bəyanatını şərh edərkən bildirib.
"TRIPP Ermənistan-ABŞ formatında həyata keçirilir, razılaşma imzalanıb və layihə icra mərhələsindədir. Hazırda Rusiya tərəfinin TRIPP-ə hər hansı bir formatda cəlb edilməsi məsələsi müzakirə olunmur, gündəlikdə belə bir məsələ yoxdur", - M.Safaryan bildirib.
Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olduğunu nəzərə alaraq TRIPP üzrə tranzitin hansı formatda həyata keçiriləcəyi barədə suala cavab olaraq o qeyd edib ki, hazırda ölkə təşkilatın üzvüdür və tranzit qaydaları ittifaqın reqlamentinə uyğundur.
Bakı 



