• Bakı 12° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Bitcoin" 61 min dollara çatır

İQTİSADİYYAT

02 Iyul 2026 | 08:54 | Müəllif: Qalib İbrahimoğlu

"Bitcoin" 61 min dollara çatır

Qlobal kriptovalyuta bazarında son sutkada əsas rəqəmsal aktivlər üzrə müsbət dinamika qeydə alınıb.

Bakıvaxtı.az
xəbər verir ki, bazarın kapitallaşmasına görə ən böyük kriptovalyuta olan "Bitcoin" son 24 saatda 2,75% bahalaşaraq 106 769 ABŞ dollarına yüksəlib.

"Ethereum" 2,52% artaraq 3 031 dollara, XRP 2,25% bahalaşaraq 4,06 dollara çatıb.

BNB 0,37%, Solana 0,65%, "Dogecoin" 1,22%, Cardano 0,55%, TRON isə 2,09% bahalaşıb.

Bununla yanaşı, qızılın qiymətinə indekslənən qızıl əsaslı kriptovalyutalar da müsbət dinamika nümayiş etdirib. "PAX Gold" son sutkada 2,25% bahalaşaraq 4 061,02 ABŞ dollarına, Tether Gold isə 2,08% artaraq 4 037,87 ABŞ dollarına yüksəlib.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəlişə investorların risk iştahının artması, spot ETF-lərə kapital axınının davam etməsi və qlobal maliyyə bazarlarında nikbin əhval-ruhiyyənin güclənməsi dəstək verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026