• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Cüdoçularımız Avropa çempionatını 10 medalla başa vurdular

İDMAN

01 Iyul 2026 | 21:00 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Avropa çempionatını 10 medalla başa vurdular

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, qitə birinciliyinin üçüncü yarış günündə Azərbaycanın daha 3 cüdoçusu fəxri kürsüdə yer alıb. Ömər Axundov (90 kiloqram) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. 81 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.

Daha əvvəl Zəhra Quliyeva (40 kiloqram) və Nihad Ağayev (50 kiloqram) qızıl, Fərid Rzazadə (50 kiloqram) və Sadiq Məmmədov (73 kiloqram) gümüş, İbrahim Talıbov (55 kiloqram), Könül Eyvazlı (48 kiloqram) və İlkin Qarayev (66 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.


Cüdoçularımız Avropa çempionatını 10 medalla başa vurdular
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026