• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq

CƏMİYYƏT

01 Iyul 2026 | 21:33

Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq

"Azərişıq" ASC Bakı şəhərinin Xəzər, Binəqədi və Sabunçu rayonlarında elektrik təchizatının yaxşılaşdırılması məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə başlayır.

Bakıvaxtı.az Baku.ws-ə istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 2 milyon 921 min manat təşkil edir.

Layihə çərçivəsində həmin rayonlarda paylayıcı elektrik şəbəkələri yenidən qurulacaq. İşlərin əsas məqsədi elektrik şəbəkəsində yaranan gərginlik düşmələrinin aradan qaldırılması və əhalinin getdikcə artan enerji tələbatının etibarlı şəkildə qarşılanmasıdır.

Nəticədə elektrik enerjisinin daha sabit ötürülməsi təmin ediləcək. Eyni zamanda, şəbəkədə baş verən nasazlıqların və enerji itkilərinin azalacağı gözlənilir.

Bundan əlavə, yeni yaşayış məntəqələri və digər obyektlərin elektrik şəbəkəsinə qoşulması üçün də əlavə imkanlar yaradılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR