Monakoda hüquq-mühafizə orqanlarının əməkdaşları ukraynalı iş adamı Vadim Yermolayevə qarşı sui-qəsd cəhdi ilə bağlı istintaq çərçivəsində əcnəbi bir kişini saxlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Monako prokurorluğu məlumat yayıb.
"O, müəyyən yoxlamaların aparılması zərurəti səbəbindən həbs edilib", - deyə prokurorluq qeyd edib.
Xarici vətəndaş daha sonra sərbəst buraxılıb və heç bir ittiham elan edilməyib.
Müstəntiqlər, həmçinin, partlayış nəticəsində ağır yaralanan oliqarxın 13 yaşlı oğlunu da dindiriblər.
Bakı 



