• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Fon der Lyayen İlham Əliyevə: Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz

SİYASƏT

01 Iyul 2026 | 19:56

Fon der Lyayen İlham Əliyevə: Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.

"Mənim məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir", - Avropa Komissiyasının rəhbəri deyib.

O, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesinin nəticələri münasibətilə təbrik edib:

"Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir. Bu gün mən sizi tarixi sülh sənədini paraflamağınız münasibətilə təbrik etmək istərdim. Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz və bu, sabitliyə, etimada və birgə rifaha yol açır. Avropa İttifaqı bu sülh prosesini qətiyyətlə dəstəkləyir və biz bundan sonra da mümkün olan hər şeyi edəcəyik. Biz sülhə kağız üzərində deyil, realda töhfə verməyə hazırıq və bu gün də, hər gün də bu istiqamətdə çalışmalıyıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR