• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Gəncədə körpə qızdırmadan öldü - YENİLƏNİB

HADİSƏ

02 Iyul 2026 | 10:57 | Müəllif: Zeynəb Rzayeva

Gəncədə körpə qızdırmadan öldü - YENİLƏNİB

TƏBİB Gəncədə körpənin ölmünün ilkin səbəbini açıqlayıb.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, iyunun 30-u saat 11:30 radələrində 2024-cü il təvəllüdlü şəxs (qadın ) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Serebral iflic xəstəliyi olan azyaşlının aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, törədicisi müəyyən olunmamış pnevmoniya, ağciyər-ürək çatışmazlığı səbəbindən 01.07.2026-cı il tarixində saat 23:50 radələrində bioloji ölüm faktı qeydə alınıb.

***

09:39

Gəncədə körpə yüksək hərarətdən ölüb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, Daşkəsən rayon sakini təxminən 1 yaş 6 aylıq qız uşağı xəstəxanada vəfat edib.

Rayon sakini D. Murquzova ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.

Onda ağır ürək və ağciyər çatışmazlığı əlamətləri olub.

Uşağa tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, D. Murquzovanın yüksək hərarəti olub.

Qeyd edək ki, dünyasını dəyişən qız serebral iflic xəstəsi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026