• Bakı 27° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Vətən müharibəsi iştirakçısı olan zabit faciəvi şəkildə öldü

CƏMİYYƏT

02 Iyul 2026 | 09:47

Vətən müharibəsi iştirakçısı olan zabit faciəvi şəkildə öldü

Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib.

Bakıvaxtı.az Ölkə.az-a istinadla xəbər verir ki, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb.

M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib. 

Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Miryusif Miryavər oğlu Vətən müharibəsində iştirak edib. O, döyüşlərdə fərqləndiyinə görə "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026