"Bu gün müharibələrin və hərbi əməliyyatların xarakterinin dəyişdiyinin şahidi oluruq. Döyüş əməliyyatlarının aparıldığı mühit də getdikcə daha mürəkkəb və çoxşaxəli olur. Yeni çağırışlar artıq hamımıza məlumdur. Hibrid təhdidlər, informasiya qarşıdurması, pilotsuz uçuş aparatlarının tətbiqi və idarə olunması kimi yeni amillər təhlükəsizlik mühitinin əsas elementlərinə çevrilib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident yanında Təhlükəsizlik Şurası katibi xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri general-mayor Elman Səmədov deyib.
O bildirib ki, bu istiqamətdə NATO-da davamlı şəkildə fəaliyyət göstərir:
"Bildiyimiz kimi, Alyans əməliyyat imkanlarının inkişafı konsepsiyası və doktrinal sənədlər çərçivəsində bu dəyişiklikləri nəzərə alaraq öz yanaşmalarını daim yeniləyir. Azərbaycan da bu konsepsiyalara uyğun olaraq öz imkanlarını inkişaf etdirir. Artıq bir bölük səviyyəsindən briqada səviyyəsində qabiliyyətlərin formalaşdırılması istiqamətində müvafiq qərarlar qəbul olunub və bu istiqamətdə ardıcıl fəaliyyət həyata keçirilir. Əminəm ki, bu hesabat yalnız başlanğıc nöqtəsidir və gələcək tədqiqatlar üçün mühüm bir mərhələ təşkil edir".
Bakı 



