• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Avropa İttifaqı Ermənistana 18 milyon avro ayıracaq

DÜNYA

02 Iyul 2026 | 12:40

Avropa İttifaqı Ermənistana 18 milyon avro ayıracaq

Ermənistan tezliklə ticarətin gücləndirilməsinə kömək üçün Avropa İttifaqından (Aİ) əlavə 18 milyon avro alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistana rəsmi səfəri zamanı məlumat verib.

“Bu, iyun ayının əvvəlində Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığımızda müzakirə etdiyimiz 52 milyon avroluq yardım paketinin son hissəsidir”, - Avropa Komissiyasının prezidenti bildirib və əlavə edib ki, Brüssel İrəvana Aİ-yə ixracın təxminən 80 faizini liberallaşdıracaq muxtar ticarət tədbirləri təqdim edib.

“Bizimlə ticarətinizin 80 faizi artıq tarifsiz olacaq”, - o vurğulayıb.

Leyenin sözlərinə görə, Ermənistan hazırda əsasən Rusiya bazarına yönəlmiş məhsulları yönləndirə və onları Aİ-nin 450 milyonluq vahid bazarına göndərə bilər:

“Bu tədbir Ermənistanın kənd təsərrüfatı məhsullarının təxminən 99 faizi, eləcə də içki və spirtli içkilərin ixracının 90 faizi üçün Avropanın qapılarını açacaq. Bu, yalnız başlanğıcdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026