• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

"Bakı Fond Birjası"nın xalis zərəri 76 %-ə yaxın artıb

İQTİSADİYYAT

02 Iyul 2026 | 13:25

Bakı Fond Birjasının xalis zərəri 76 %-ə yaxın artıb

"Bakı Fond Birjası" QSC (BFB) 2025-ci ili 1,757 milyon manat xalis zərərlə başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 75,8 % çoxdur.

Ötən il BFB-nin vergiyəqədərki zərəri 1,77 milyon manat (əvvəlki ilə nisbətən 50,6 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 13 min manat (13,8 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə BFB-nin aktivləri 10,937 milyon manat olub ki, bu da illik müqayisədə 3,85 % azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 2,4 dəfə artaraq 3,78 milyon manata çatıb, balans kapitalı isə 20,1 % azalaraq 7,157 milyon manata düşüb.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank ("Azərbaycan Sənaye Bankı" (ASB), "Bank of Baku", "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Yapı Kredi Bank Azərbaycan" və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası ("Borsa İstanbul") var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026