• Bakı 27° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

CƏMİYYƏT

02 Iyul 2026 | 10:30

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər.
 

Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.


Ziyarətin sonunda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026