• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Aliment verməyən taksi sürücüsü həbs edildi

HADİSƏ

02 Iyul 2026 | 17:07

Aliment verməyən taksi sürücüsü həbs edildi

Bakıda aliment borcunu ödəməyən taksi sürücüsü həbs edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

1986-cı il təvəllüdlü Cəmil Qurbanov (ad və soyad şərtidir) 2009-cu ildə ailə həyatı qurub və həmin nikahdan 2011-ci il təvəllüdlü övladı dünyaya gəlib. O, şəhərdə taksi sürücüsü kimi fəaliyyət göstərməyə başlayıb.

2017-ci ildə boşanan C.Qurbanova Binəqədi Rayon Məhkəməsi tərəfindən uşağın yetkinlik yaşına çatması üçün aylıq 193 manat aliment təyin olunsa da, o, həmin məbləği ödəməyib. Nəticədə C.Qurbanovun 10 016 manat borcu yaranıb.

Pulu ala bilməyən keçmiş həyat yoldaşı bu barədə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Binəqədi Rayon Məhkəməsində ifadə verən C.Qurbanov alimenti ödəmək imkanında olmadığını bildirib.

Məhkəmənin hökmü ilə C.Qurbanov 9 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR