• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Tramp: NATO-nun xərcləri ABŞ-a fayda vermir

SİYASƏT

02 Iyul 2026 | 16:46

Tramp: NATO-nun xərcləri ABŞ-a fayda vermir

ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı kəskin tənqidlərlə çıxış edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, mövzu ilə bağlı özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edən Ağ Ev rəhbəri Vaşinqtonun alyansa etdiyi nəhəng xərclərdən ölkəsinin heç bir fayda görmədiyini vurğulayıb. Tramp qeyd edib ki, ABŞ digər müttəfiqlərin müdafiəsi naminə hamıdan çox pul xərcləyir, qarşılığında isə heç nə əldə etmir. ABŞ lideri yaranmış bu vəziyyəti "rəzalət" adlandırıb.

Prezident öz bəyanatını əsaslandırmaq üçün üzv ölkələrin son illərdəki hərbi xərclərinə dair statistik rəqəmləri də paylaşıb. Məlumata görə, 2014-2025-ci illər ərzində ABŞ-nin NATO-ya ayırdığı vəsait bütövlükdə 999 milyard dollara çatıb. Müqayisə üçün qeyd edilib ki, həmin müddətdə digər aparıcı üzvlərdən Böyük Britaniya 90,5 milyard, Fransa 66,5 milyard, İtaliya 48,8 milyard, Polşa isə 44,3 mlyard dollar xərcləyib.

Qeyd edək ki, Trampın bu bəyanatı iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsinə təsadüf edir. Bundan əvvəl də rəsmi Vaşinqton ABŞ-İsrail və İran arasında baş verən müharibə fonunda bəzi avropalı müttəfiqlərinin tutduğu mövqedən ciddi narazılığını bildirmiş və onları kəskin tənqid etmişdi.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR