Almaniyada yanvar-iyun aylarında sığınacaq üçün müraciətlərin sayı xeyli azalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu dövrdə ölkədə 39 min 646 ilkin sığınacaq müraciəti qeydə alınıb.
Ötən ilin eyni dövründə bu göstərici 61 min 336, 2024-cü ilin ilk yarısında isə 121 min 416 olub. Beləliklə, ilkin müraciətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 35 faiz, 2024-cü ilin ilk yarısı ilə müqayisədə isə 67 faiz azalıb.
İyunda müraciətlərin sayı daha da azalaraq 4721 təşkil edib. Bu azalma ölkədə miqrasiya sahəsində sərt idarəetmənin həyata keçirilməsi ilə əlaqələndirilir.
Məlumata görə, azalma ümumavropa tendensiyasına uyğundur. İlin ilk beş ayında “Frontex” Avropa İttifaqının xarici sərhədlərində təxminən 39 min qanunsuz sərhəd keçidi qeydə alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz azdır.
Bakı 



